Bakı. Trend:
Səkkizqat “Qızıl top” mükafatı sahibi Lionel Messi vida matçı üçün Argentina milli komandasına çağırılıb.
Bu barədə Argentina Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Messi avqustun 31-də Argentina millisindən ayrıldığını açıqlayıb. Argentina yığmasının sentyabrın 30-da Boliviya, oktyabrın 3-də Burkina Faso və oktyabrın 6-da Benin ilə yoldaşlıq oyunları keçirəcəyi bildirilir. Messinin sonuncu qarşılaşmadan əvvəl komandaya qoşulacağı gözlənilir.
Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia bildirib ki, Messi oktyabrın 6-da Argentinada keçiriləcək oyuna dəvət olunub və futbolçuya layiq vida mərasimi təşkil ediləcək.