ABŞ İsrailə 2,8 milyard dollar dəyərində ağır bombalar satmağı planlaşdırır - KİV

Dünya xəbərləri Xəbər 16 Sentyabr 2026 07:11 (UTC +04:00)
ABŞ İsrailə 2,8 milyard dollar dəyərində ağır bombalar satmağı planlaşdırır - KİV

Bakı. Trend:

ABŞ administrasiyası İsrailə təxminən 2,8 milyard dollar dəyərində ağır hava bombalarının satışı ilə bağlı müqavilə hazırlayır.

Bu barədə “The Washington Post” (WP) qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, mümkün sövdələşmə çərçivəsində 20 min ədəd MK-84 və BLU-117 bombası, həmçinin 20 min ədəd BLU-109 nüfuzedici bombasının İsrailə satılması nəzərdə tutulur.

Nəşr bildirir ki, satışın ABŞ-nin Xarici Hərbi Maliyyələşdirmə mexanizmi vasitəsilə həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 2025-ci ilin yanvarında ABŞ Prezidenti Donald Tramp İsrailə 2 min funtluq bombaların tədarükünə əvvəlki administrasiya tərəfindən qoyulan məhdudiyyəti aradan qaldırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti