Bakı. Trend:
Fransada prezidentliyə namizəd, “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Pen 2027-ci ildə prezident seçiləcəyi təqdirdə partiyanın lideri Jordan Bardellanı respublikanın baş naziri təyin etmək niyyətindədir. O, bu barədə LCI telekanalının efirində bildirib.
“Bardella baş nazir olacaq, onun vəzifəsi parlament çoxluğunu genişləndirmək olacaq”, - deyə Le Pen bildirib.
Siyasətçinin sözlərinə görə, “onun Bardella ilə tandemi Fransanın siyasi modeli üçün müstəsnadır”. O, onların arasında fikir ayrılıqlarının olması barədə iddiaları həqiqətə uyğun olmayan məlumatlar adlandırıb. “Biz birlikdə işləyirik və bir-birimizi yaxşı başa düşürük”, - deyə Le Pen vurğulayıb.
Fransada prezident seçkilərinin birinci turunun 18 aprel 2027-ci ildə keçirilməsi planlaşdırılır. Əgər həmin gün dövlət başçısı postuna namizədlərdən heç biri səslərin 50 faizindən çoxunu toplamazsa, seçicilərin ən çox dəstəyini qazanan iki namizəd mayın 2-də keçiriləcək ikinci turda iştirak edəcək.
İctimai rəy sorğularına əsasən, birinci turda seçicilərin təxminən 36 faizi Le Peni dəstəkləməyə hazırdır ki, bu da onun həlledici ikinci tura çıxmasını təmin edəcək.