Qəzzada bina çöküb – Azı 11 nəfər həlak olub

Dünya xəbərləri Xəbər 16 Sentyabr 2026 12:02 (UTC +04:00)
Qəzzada bina çöküb – Azı 11 nəfər həlak olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza bölgəsinin cənubi-qərbində yerləşən yaşayış binalarından birinin çökməsi nəticəsində azı 11 nəfər, o cümlədən beş uşaq həlak olub.

Bu barədə "WAFA" informasiya agentliyi məlumat yayıb.

Dağıntılar altında onlarla insanın qaldığı bildirilir.

Məlumata görə, 14 nəfər xəsarət alıb. Qəzza zolağındakı münaqişə zamanı zədələnmiş altımərtəbəli bina sakinlərin və binanın yaxınlığında məskunlaşmış köçkünlərin çadırlarının üzərinə uçub.

Xilasedicilər çərşənbə günü səhər saatlarından etibarən qazma işlərini davam etdirərək, dağıntılar altında qalan onlarla insana çatmağa çalışırlar. İşlər texnika və ağır avadanlığın kəskin çatışmazlığı səbəbindən çətinləşir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti