Mərkəzi Bank və İslam İnkişaf Bankı 2027-2031-ci illər üzrə əməkdaşlıq perspektivlərini müzakirə edib

İqtisadiyyat Xəbər 16 Sentyabr 2026 18:24 (UTC +04:00)
Mərkəzi Bank və İslam İnkişaf Bankı 2027-2031-ci illər üzrə əməkdaşlıq perspektivlərini müzakirə edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Mərkəzi Bankı və İslam İnkişaf Bankı (İİB) Qrupu 2027–2031-ci illər üzrə əməkdaşlığın perspektivlərini müzakirə edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilib.

Qeyd olunub ki, Azərbaycan Mərkəzi Bankının baş direktoru Tərlan Rəsulov İİB Qrupunun Azərbaycana qiymətləndirmə missiyası çərçivəsində İİB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Cassirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bankın məlumatına görə, görüşdə Azərbaycanda makroiqtisadi vəziyyət, maliyyə sektorunda həyata keçirilən islahatlar, eləcə də maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə olunub.

"Görüşdə Azərbaycanın makroiqtisadi vəziyyəti, maliyyə sektorunda həyata keçirilən islahatlar və maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub. Tərəflər həmçinin Azərbaycanda islam maliyyəsinin inkişafı ilə bağlı həyata keçirilən təşəbbüsləri və bu sahədə mövcud imkanları nəzərdən keçiriblər. Görüş zamanı Azərbaycan Respublikası ilə İİB arasında 2027-2031-ci illər üzrə Tərəfdaşlıq Strategiyasının hazırlanması çərçivəsində Mərkəzi Bankla gələcək əməkdaşlıq perspektivləri və birgə təşəbbüslərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, İİB Qrupu (IsDB Group) Azərbaycanda energetika, infrastruktur, kənd təsərrüfatı, su ehtiyatları, nəqliyyat və maliyyə xidmətləri də daxil olmaqla müxtəlif sahələri əhatə edən 84 əməliyyatı maliyyələşdirib. Bu əməliyyatların ümumi məbləği təxminən 1,8 milyard ABŞ dolları təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti