ABŞ İsrailə 2,8 milyard dollarlıq silah satmağa hazırlaşır

Dünya xəbərləri Xəbər 16 Sentyabr 2026 11:14 (UTC +04:00)
ABŞ İsrailə 2,8 milyard dollarlıq silah satmağa hazırlaşır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Donald Trampın administrasiyası İsrail üçün 2,8 milyard dollar dəyərində hərbi texnika və silah tədarükü paketinə dair təklif hazırlayır.

Bu barədə "Reuters" xəbər agentliyi planlaşdırılan sövdələşmənin təfərrüatları ilə tanış olan amerikalı məmura istinadən məlumat yayıb.

Adının açıqlanmasını istəməyən məmurun sözlərinə görə, planlaşdırılan sövdələşmə çərçivəsində 40 min ədəd 2 000 funt (900 kiloqram) ağırlığında aviasiya bombası, həmçinin on minlərlə digər ağır bombanın tədarükü nəzərdə tutulur.

O əlavə edib ki, təklif artıq ABŞ-nin iri silah satışına dair sövdələşmələrə nəzarət edən Konqres komitələrinə qeyri-ABŞ Dövlət Departamenti və İsrailin Vaşinqtondakı səfirliyi bu məlumatı şərh etməkdən imtina edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti