Haaqada Kosovo separatçılarının keçmiş liderinə 25 il həbs cəzası verilib

Dünya xəbərləri Xəbər 16 Sentyabr 2026 16:20 (UTC +04:00)
Haaqada Kosovo separatçılarının keçmiş liderinə 25 il həbs cəzası verilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Haaqada Kosovo üzrə Xüsusi Məhkəmə Kosovo separatçı qüvvələrinin keçmiş lideri Haşim Taçi və daha üç müttəhimi 1998–1999-cu illər müharibəsi zamanı törədilmiş müharibə cinayətlərində təqsirli bilib.

Bu barədə BBC məlumat yayıb.

Məhkəmə Taçini məcburi saxlanma, qəddar rəftar, işgəncə və qətllərdə təqsirli bilib.

58 yaşlı Taçi 25 il müddətinə azadlıqdan məhrum edilib, onun əlbir olduğu şəxslər isə 13 ildən 25 ilədək həbs cəzalarına məhkum olunublar. Taçi özünü təqsirli bilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti