Bakı–Sumqayıt marşrutu üzrə qatarların sayı artırılır – YENİ CƏDVƏL

Cəmiyyət Xəbər 16 Sentyabr 2026 18:46 (UTC +04:00)
Bakı–Sumqayıt marşrutu üzrə qatarların sayı artırılır – YENİ CƏDVƏL
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Sərnişin tələbatının qarşılanması məqsədilə şəhərətrafı qatar reyslərinin sayı artırılır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, yenilənmiş hərəkət cədvəlinə əsasən, sentyabrın 17-dən həftəiçi gündəlik reyslərin sayı 96-dan 100-ə çatdırılacaq.

Sumqayıt–Pirşağı–Bakı xətti üzrə qrafikə saat 05:55 və 11:50-də yeni reyslər əlavə ediləcək.

Bakı–Pirşağı–Sumqayıt istiqamətində isə saat 06:46 və 10:45-də əlavə reyslər təşkil olunacaq.

Yenilənmiş hərəkət cədvəli ilə ADY-nin rəsmi saytında tanış olmaq mümkündür

Məqalədə:

Xəbər lenti

Xəbər lenti