Yeni inşa olunacaq qaz emalı zavodunun elektrik şəbəkəsinə qoşulması müzakirə edilib

Energetika Xəbər 16 Sentyabr 2026 13:34 (UTC +04:00)
Yeni inşa olunacaq qaz emalı zavodunun elektrik şəbəkəsinə qoşulması müzakirə edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda yeni inşa olunacaq qaz emalı zavodunun elektrik şəbəkəsinə qoşulması müzakirə edilib.

Bu barədə “AzərEnerji” ASC məlumat yayıb.

Bildirilib ki, məsələ “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə "TotalEnergies" şirkətinin idarəedici direktoru Emmanuel de Guillebonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə olunub.

Görüşdə zavodun elektrik şəbəkəsinə qoşulması ilə bağlı texniki məsələlər və enerji təminatının təşkili diqqət mərkəzində olub.

Tərəflər, həmçinin əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparıb, enerji layihələrinin səmərəli həyata keçirilməsi istiqamətində müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti