Azərbaycanın neft və neft məhsullarının ən iri idxalçıları açıqlandı - SİYAHI

İqtisadiyyat Xəbər 16 Sentyabr 2026 12:20 (UTC +04:00)
Azərbaycanın neft və neft məhsullarının ən iri idxalçıları açıqlandı - SİYAHI
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan cari ilin yanvar-avqust aylarında 9,282 milyard ABŞ dolları dəyərində 14,678 milyon bitumlu süxurlardan ton xam neft və alınan xam neft məhsulları ixrac edib.

Trend-in qurumun məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 886 milyon ABŞ dolları və ya 10,6 faiz artıb, fiziki həmc baxımından isə 1,247 milyon ton və ya 7,8 faiz azalıb.

Hesabat dövründə Azərbaycan bitumlu süxurlardan alınan xam neft və neft məhsullarını ən çox İtaliyaya ixrac edib. Belə ki, cari ilin ilk 8 ayında Azərbaycandan İtaliyaya 8,471 milyon ton xam neft və neft məhsulları ixrac olunub. İxracın dəyəri 5,226 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 424 milyon ABŞ dolları və ya 8,8 faiz çox, miqdar ifadəsində isə 727 min ton və ya 7,9 faiz azdır.

Cari ilin yanvar-avqust aylarında Azərbaycanın xam neft ixrac etdiyi ölkələrin siyahısını təqdim edirik:

Ölkə

İdxal həcmi (ton)

İdxal dəyəri (min ABŞ dolları)

İtaliya

8 470 707,19

5 226 065,04

Çexiya

1 060 041,10

712 772,98

Rumıniya

924 913,09

581 706,77

Hindistan

524 337,96

399 206,99

Tunis

429 376,15

266 294,27

Almaniya

449 549,89

262 272,61

Bolqarıstan

358 842,99

253 113,50

Portuqaliya

395 031,62

221 958,01

İsveçrə

272 501,37

193 596,32

Yunanıstan

284 374,74

182 764,51

Digər

1 508 275,51

982 142,55

İtaliyadan sonra ixracın dəyərinə görə ikinci yeri Çexiya tutur. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan Çexiyaya 1,060 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 712,8 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 59,4 milyon ABŞ dolları və ya 9,1 faiz artıb, fiziki həcm baxımından isə 158 min ton və ya 13 faiz azalma qeydə alınıb.

İxracın dəyərinə görə üçüncü yeri Rumıniya tutub. 2026-cı ilin ilk səkkiz ayında Azərbaycandan Rumıniyaya 924,9 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 581,7 milyon ABŞ dolları olub. 2025-ci ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 152,4 milyon ABŞ dolları və ya 35,5 faiz artıb, fiziki həcm isə 146,3 min ton və ya 18,8 faiz yüksəlib.

İxracın dəyərinə görə dördüncü yerdə Hindistan qərarlaşıb. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan Hindistana 524,3 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 399,2 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 398,4 milyon ABŞ dolları və ya 510 dəfə artıb, fiziki həcm isə 522,6 min ton və ya 300 dəfə çoxalıb.

İxracın dəyərinə görə beşinci yeri Tunis tutur. 2026-cı ilin ilk səkkiz ayında Azərbaycandan Tunisə 429,4 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 266,3 milyon ABŞ dolları olub. 2025-ci ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 164 milyon ABŞ dolları və ya 2,6 dəfə artıb, fiziki həcm isə 242,4 min ton və ya 2,3 dəfə yüksəlib.

İxracın dəyərinə görə altıncı yeri Almaniya tutur. 2026-cı ilin ilk səkkiz ayında Azərbaycandan Almaniyaya 449,6 min min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 262,3 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 183 milyon ABŞ dolları və ya 41,1 faiz azalıb, fiziki həcm isə 392,3 min ton və ya 46,6 faiz aşağı düşüb.

İxracın dəyərinə görə növbəti yerdə Bolqarıstan qərarlaşıb. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan Bolqarıstana 358,8 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 253,1 milyon ABŞ dolları olub. 2025-ci ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 204,9 milyon ABŞ dolları və ya 5,3 dəfə artıb, fiziki həcm isə 279,5 min ton və ya 4,5 dəfə yüksəlib.

İxracın dəyərinə görə Portuqaliya səkkizinci yeri tutub. 2026-cı ilin ilk səkkiz ayında Azərbaycandan Portuqaliyaya 395 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 222 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 163,1 milyon ABŞ dolları və ya 42,4 faiz azalıb, fiziki həcm isə 319,3 min ton və ya 44,7 faiz azalıb.

İxracın dəyərinə görə doqquzuncu yeri İsveçrə tutur. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan İsveçrəyə 272,5 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 193,6 milyon ABŞ dolları olub. 2025-ci ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 139,7 milyon ABŞ dolları və ya 3,6 dəfə artıb, fiziki həcm isə 182,8 min ton və ya 3 dəfə yüksəlib.

İxracın dəyərinə görə Yunanıstan onuncu yeri tutur. 2026-cı ilin ilk səkkiz ayında Azərbaycandan Yunanıstana 284,4 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 182,8 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 53,8 milyon ABŞ dolları və ya 41,7 faiz artıb, fiziki həcm isə 52 min ton və ya 22,4 faiz yüksəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti