Yaponiya hökuməti yeni kabinetin formalaşdırılması ərəfəsində istefa verib

Dünya xəbərləri Xəbər 17 Sentyabr 2026 08:59 (UTC +04:00)
Yaponiya hökuməti yeni kabinetin formalaşdırılması ərəfəsində istefa verib

Bakı. Trend:

Yaponiya hökuməti Baş nazir Sanae Takaiçinin keçirəcəyi hökumət dəyişiklikləri ərəfəsində tam tərkibdə istefa verib. Nazirlər Kabinetinin təcili iclasında bütün hökumət üzvləri istefa ərizələrini təqdim edib və Baş nazir bu ərizələri qəbul edib.

Bu barədə Baş nazirin dəftərxanası məlumat yayıb.

Yaxın saatlarda Nazirlər Kabinetinin yeni tərkibinin elan ediləcəyi gözlənilir. İstefa verən nazirlər yeni hökumət formalaşdırılanadək formal olaraq öz vəzifələrini icra edəcəklər. Gözlənilir ki, xarici işlər naziri Toşimitsu Motegi, müdafiə naziri Şinciro Koizumi, maliyyə naziri Satsuki Katayama, eləcə də Nazirlər Kabinetinin baş katibi Minoru Kihara da daxil olmaqla, bütün əsas nazirlər vəzifələrini qoruyub saxlayacaqlar.

Bundan əvvəl Sanae Takaiçi hakim Liberal-Demokratik Partiyanın (LDP) rəhbərliyində də əhəmiyyətsiz dəyişikliklər edib və əsas vəzifələrdə dəyişiklik etməyib. Yerli müşahidəçilər LDP rəhbərliyində və hökumətdə minimal dəyişikliklərin edilməsini Takaiçinin partiyanın idarəçiliyində sabitliyi təmin etmək və 2027-ci ildə partiya sədri vəzifəsinə yenidən seçilməsi üçün əlverişli şərait yaratmaq istəyi ilə əlaqələndirirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti