Almaniyada dizelin qiyməti rekord həddə çatıb

Dünya xəbərləri Xəbər 17 Sentyabr 2026 20:39 (UTC +04:00)
Almaniyada dizelin qiyməti rekord həddə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Almaniyada dizel yanacağının qiyməti tarixi maksimum həddə çatıb.

Bu barədə DPA agentliyi Ümum Almaniya Avtomobil Klubuna (ADAC) istinadən məlumat yayıb.

Cümə axşamı səhər Almaniyadakı yanacaqdoldurma məntəqələrində dizelin orta qiyməti 1 litr üçün 2,453 avro təşkil edib. Beləliklə, aprelin 7-də qeydə alınmış əvvəlki rekord yenilənib. Həmin vaxt dizelin qiyməti 2,446 avro olub.

Çərşənbə günü "E10" markalı büdcə benzininin (tərkibində 10%-dək bioetanol var) qiyməti də tarixi rekordunu yeniləyib.

Almaniyada və ümumilikdə Avropada avtomobil yanacağının qiyməti son günlər Babül-Məndəb boğazı ətrafında vəziyyətin gərginləşməsi səbəbindən artıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti