Yanvar-avqust aylarında Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb (FOTO)

İqtisadiyyat Xəbər 17 Sentyabr 2026 18:28 (UTC +04:00)
Yanvar-avqust aylarında Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında ADY-nin Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb.

Bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 3 faiz çoxdur.

Analoji dövrdə 85 min TEU-dan çox konteyner aşırılıb ki, bu da ötən ilin 8 ayının göstəricisini (69 855 TEU) 22 faiz üstələyib.

2026-cı ilin avqust ayında isə bu göstərici 12,9 min TEU təşkil edib ki, bu da ötən ilin avqustu ilə müqayisədə 39 faiz çoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti