Bakı. Trend:
Bu gün Misli Premyer Liqasının 6-cı tura start verilir.
Oyun cədvəlinə əsasən, ilk oyun günündə iki matç keçiriləcək.
Liderlər qrupunda olan “Neftçi” “Qəbələ” ilə qarşılaşacaq. Bu, "Neftçi" üçün əlamətdar oyun olacaq. Çünki bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 1000-ci matçıdır.
Digər görüşdə isə “Qarabağ” "Şəfa”nı qəbul edəcək.
18 sentyabr (cümə)
17:30. “Qəbələ” - “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev,
Namiq Bəkirov Tural Qurbanov (VAR), Asiman Əzizli (AVAR)
Qəbələ şəhər stadionu
19:45. “Qarabağ” - “Şəfa”
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə,
İslam Məmmədov, Kamranbəy Rəhimov (VAR), Pərvin Talıbov (AVAR)
Tofiq Bəhramov adına Respublika Stadionu
19 sentyabr (şənbə)
17:30. “Turan Tovuz” - “Zirə”
19:45. “Sabah” - “İmişli”
20 sentyabr (bazar)
16:30. “Şamaxı” - “Araz-Naxçıvan”
19:00. “Kəpəz” - “Sumqayıt”
