Nigeriyada qanunsuz hasilatda şübhəli bilinən 37 nəfər həbsdə ölüb

Dünya xəbərləri Xəbər 18 Sentyabr 2026 07:35 (UTC +04:00)
Nigeriyada qanunsuz hasilatda şübhəli bilinən 37 nəfər həbsdə ölüb

Bakı. Trend:

Nigeriyanın qərbində yerləşən Niger ştatında qanunsuz faydalı qazıntı hasilatında şübhəli bilinərək saxlanılan azı 37 nəfər həbsdə olarkən ölüb.

Bu barədə yerli "TVC" telekanalı məlumat yayıb.

Saxlanılan şəxslərin mühafizəsini həyata keçirən Nigeriya Təhlükəsizlik və Mülki Müdafiə Korpusunun nümayəndələri bildiriblər ki, ölüm səbəbi hələ müəyyən edilməyib. Meyitlər məhkəmə-tibbi ekspertizanın aparılması üçün Minna şəhərindəki xəstəxanaya çatdırılıb.

Niger ştatının qubernatoru Məhəmməd Umaru Bago bildirib ki, ilkin məlumatlara görə, ölümə boğulma və ya qurğuşun zəhərlənməsi səbəb ola bilər. O əlavə edib ki, saxlanılan şəxslərin ölüm səbəbi ilə bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti