Qara Dənizdə mülki gəmiyə dron hücumu – kapitan həlak olub, yaralılar var

Dünya xəbərləri Xəbər 17 Sentyabr 2026 15:38 (UTC +04:00)
Qara Dənizdə mülki gəmiyə dron hücumu – kapitan həlak olub, yaralılar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Sentyabrın 17-də Rusiyaya məxsus pilotsuz uçuş aparatı Tanzaniya bayrağı altında üzən və Ukraynanın limanlarından birinə yollanan mülki gəmiyə hücum edib.

Bu barədə “RBK-Ukrayna” Ukrayna Dəniz Limanları Administrasiyası dövlət müəssisəsinin bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda dron hücumu nəticəsində bir nəfərin öldüyü, daha bir neçə nəfərin isə yaralandığı qeyd olunur.

“Zərbə nəticəsində gəminin kapitanı həlak olub, daha üç ekipaj üzvü yaralanıb”, - deyə bəyanatda bildirilib.

Hadisə ilə bağlı digər təfərrüatlar hələlik məlum deyil.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti