MSK dairə seçki komissiyalarının tərkibini yenidən formalaşdırır

Siyasət Xəbər 17 Sentyabr 2026 15:58 (UTC +04:00)
MSK dairə seçki komissiyalarının tərkibini yenidən formalaşdırır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda respublika üzrə dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılacaq.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasında iclas keçirilir.

Belə ki, Seçki Məcəlləsinə əsasən, seçki komissiyalarının səlahiyyət müddəti 5 il olduğundan seçki dairəsi dairə seçki komissiyalarının üzvlərinin təyin edilərək dairə seçki komissiyalarının yenidən təşkil olunması zərurəti yaranıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının yeni tərkibi aprelin 27-də müəyyənləşib.

Məlumat üçün bildirək ki, Seçki Məcəlləsinə əsasən, hər bir dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilir.

Heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən hər bir dairə seçki komissiyasına irəli sürülmüş namizədlərin ikisi maraqlı tərəflərlə - bir namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə razılaşdırılır.

Qeyd edilən proses başa çatdığından dairə seçki komissiyalarının üzvləri təyin edilməli və dairə seçki komissiyaları yenidən təşkil olunmalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti