Nəqliyyat dəhlizlərində yük daşımalarının həcmi artıb

İqtisadiyyat Faktlar 18 Sentyabr 2026 11:34 (UTC +04:00)
Nəqliyyat dəhlizlərində yük daşımalarının həcmi artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbyacan ərazisi üzrə nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 8 milyon 961,6 min ton, dəniz nəqliyyatı ilə 4 milyon 3,7 min ton və avtomobil nəqliyyatı ilə 6 milyon 654,5 milyon ton yük daşınıb.

Trend-in Dövlət Statistika Komitəsinin hesabatı əsasında hesablamasına görə, ötən ilin eyni dövrü ilə müqayisədə nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə yük daşımaları 8,2%, avtomobil nəqliyyatı ilə 6,8% artıb, dəniz nəqliyyatı ilə isə 9,2% azalıb.

Hesabat dövründə nəqliyyat dəhlizlərinin strukturunda dəmir yolu nəqliyyatı ilə yük daşımaları 45,7%, dəniz nəqliyyatı ilə yük daşımaları 20,4%, avtomobil nəqliyyatı ilə isə bu göstərici 33,9% paya malik olub.

Ümumilikdə, Azərbaycan son illərdə Avrasiya məkanında əsas tranzit-logistika mərkəzlərindən birinə çevrilməsi istiqamətində iri infrastruktur layihələrini davam etdirir. Ölkə Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz üzrə yükdaşımaların artırılması məqsədilə dəmir yolu, avtomobil yolları, dəniz limanları və logistika infrastrukturuna milyardlarla dollar həcmində investisiyalar yatırıb. Bu siyasətin əsas hədəfi Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı tranzit qovşağı kimi mövqeyini daha da gücləndirməkdir.

Xüsusilə Orta Dəhlizin inkişafı dövlətin prioritet istiqamətlərindən biridir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası və yeni logistika mərkəzləri bu marşrutun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Hazırda Bakı Limanının yükötürmə qabiliyyətinin 15 milyon tondan 25 milyon tona, konteyner emalı imkanlarının isə 500 min TEU-dan 1 milyon TEU-ya çatdırılması istiqamətində genişləndirmə işləri aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti