Bakı. Trend:
Biznesini böyütmək istəyən kiçik və orta sahibkarlar üçün vaxt itkisi və artıq kağız sənəd işləri geridə qalır. Əgər siz də biznesiniz üçün çevik maliyyə resursu axtarırsınızsa, Yelo Bank-ın təqdim etdiyi tam onlayn KOB kreditindən filiallara getmədən faydalana bilərsiniz.
Bu xidmət sayəsində müraciət mərhələsindən başlayaraq biznesin qiymətləndirilməsinə və müqavilələrin elektron imza ilə təsdiqinə qədər - bütün proseslər məsafədən həyata keçirilir. Ayrılan məbləğ isə təsdiqləndiyi an dərhal hesabınıza oturur.
İşinizi daha da rahatlaşdırmaq üçün Bank 30 000-dən 300 000 AZN-dək vəsaiti 60 ayadək müddətə, illik cəmi 14%-dən başlayan şərtlərlə təklif edir. Üstəlik, mövsümi bizneslərin ehtiyacları da unudulmayıb, ödənişlərdə 24 ayadək güzəşt müddətindən yararlanmaq mümkündür.
Biznesinizi yerindən ayrılmadan böyütmək və Yelo Bank-ın rəqəmsal üstünlüklərindən yararlanmaq üçün dərhal onlayn müraciət edə bilərsiniz: https://ylb.az/kob
Bank xidmətləri, eləcə də online biznes
krediti ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook, Instagram, Whatsapp və yelo.az
hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!