“Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir - Premyer Liqa

İdman Xəbər 20 Sentyabr 2026 09:56 (UTC +04:00)
“Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir - Premyer Liqa

Bakı. Trend:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq.

Son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Şamaxı” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. Görüş saat 16:30-da start götürəcək.

Hazırda Şamaxı təmsilçisi 6 xalla 7-ci, Naxçıvan klubu 2 xalla 11-ci pillədə qərarlaşıb.

Turun bağlanış matçı isə Gəncə şəhər stadionunda “Kəpəz” və “Sumqayıt” komandaları arasında olacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.

Altı xalı olan “sarı-göylər” turnir cədvəlinin 6-cı pilləsində yer alıb. Cəmi 1 xalı olan “Sumqayıt” isə sonuncu – 12-cidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti