"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı

İdman Xəbər 19 Sentyabr 2026 04:29 (UTC +04:00)
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı

Bakı. Trend:

“Qarabağ” klubunun bir sıra legionerləri milli komandalarına dəvət alıblar.

Daha əvvəl dəvəti açıqlanan Bens Verkonidən (Macarıstan) başqa, Marko Yankoviç (Monteneqro), Martin Zlomişliç (Bosniya və Herseqovina), Renaldo Sefas (Yamayka) və Bruno Lanqa (Mozambik) də milli komandalarına çağırılıblar.

Həmçinin komandanın futbolçuları Bədavi Hüseynov və Musa Qurbanlı Azərbaycan millisinin düşərgəsinə dəvət alıblar. Gənc futbolçulardan Hikmət Cəbrayılzadə U-21, Əli Bəşirov isə U-19 millisinə dəvət alıb.

Xəbər lenti

Xəbər lenti