Tramp bir sıra jurnalistlərin Ağ Evə girişinə qadağa qoydu

Dünya xəbərləri Xəbər 19 Sentyabr 2026 10:20 (UTC +04:00)
Tramp bir sıra jurnalistlərin Ağ Evə girişinə qadağa qoydu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp CNN, MS NOW və "Politico" kimi media resurslarının Ağ Evdə fəaliyyət göstərməsini qadağan etdiyini açıqlayıb.

“Qürurla bildirirəm ki, bu gündən etibarən CNN, MS NOW kimi KİV-lərin Ağ Evə girişini qadağan edirəm”, – deyə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

Tramp bu qərarı həmin KİV-lərin onun sözlərinə görə daim saxta xəbərlər yayması ilə əsaslandırıb.

Tramp həmçinin qeyd edib ki, MS NOW bu yaxınlarda guya “tamaşaçı və etimad çatışmazlığı” səbəbindən adını MSNBC-dən dəyişib. Onun sözlərinə görə, "Politico" isə Baydenin prezidentliyi dövründə ABŞ hökumətindən 8 milyon dollar məbləğində qanunsuz subsidiya alıb. Tramp bunu korrupsiya adlandırıb.

“Digər saxta xəbər yayan KİV-lər növbədədir”, – deyə ABŞ lideri vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti