TRASEKA Çin və Pakistanın təşkilata üzvlüyü imkanını nəzərdən keçirəcək

İqtisadiyyat Xəbər 19 Sentyabr 2026 10:25 (UTC +04:00)
TRASEKA Çin və Pakistanın təşkilata üzvlüyü imkanını nəzərdən keçirəcək
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

TRASEKA (Transport Corridor Europe-Caucasus-Asia/ Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi -red.) təşkilata Çin və Pakistanın qoşulması imkanını nəzərdən keçirəcək.

Bu barədə TRASEKA-nın saytında yayımlanan məlumatda deyilir.

Qeyd olunur ki, Azərbaycan Xarici İşlər Nazirliyində xarici işlər naziri Ceyhun Bayramov ilə TRASEKA hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Jasurbek Çoriyev arasında görüş keçirilib.

Görüş zamanı tərəflər regional nəqliyyat gündəliyinin aktual məsələləri, Azərbaycan ilə TRASEKA arasında əməkdaşlığın dərinləşdirilməsi, eləcə də Avropa–Qafqaz–Asiya dəhlizinin tranzit və nəqliyyat potensialının üzə çıxarılmasına yönəlmiş strateji təşəbbüslərin həyata keçirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov beynəlxalq nəqliyyat əməkdaşlığının inkişafına Azərbaycanın prioritet əhəmiyyət verdiyini və milli nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsinə ardıcıl şəkildə investisiya yatırdığını qeyd edib. Bildirilib ki, mövcud geosiyasi və iqtisadi dəyişikliklər fonunda tranzit zəncirlərinin dayanıqlığının təmin edilməsi xüsusi aktuallıq kəsb edir və infrastrukturun hər bir elementi yüksək səmərəlilik standartlarına cavab verməlidir.

TRASEKA-nın baş katibi Jasurbek Çoriyev xarici işlər nazirinə Daimi Katibliyin cari fəaliyyəti və Orta Dəhlizin inkişafının əsas prioritetləri barədə məlumat verib. Qeyd olunub ki, hazırda 4,5 milyon ton təşkil edən yükdaşımaların həcmi ilə dəhlizin əhəmiyyətli artım potensialı var və bu həcmin 30 milyon tona çatdırılması nəzərdə tutulur. Bu göstəricilərə nail olmaq üçün yüklərin hazırda 20–36 gün təşkil edən faktiki çatdırılma müddətinin 15 günədək azaldılması son dərəcə vacibdir. Bu isə marşrutun Asiya ilə Avropa arasında yük axınlarının hələ də 95 faizədək hissəsini təşkil edən ənənəvi dəniz daşımaları ilə müqayisədə rəqabət qabiliyyətini artırmasına imkan verəcək”, – deyə TRASEKA bildirir.

Qeyd olunur ki, görüşdə ekoloji gündəliyə və nəqliyyatın iqlim dayanıqlığına xüsusi diqqət yetirilib:

“Tərəflər Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və iqlim dəyişikliyi ilə bağlı liman infrastrukturunun sabit fəaliyyətinə təsir edən çağırışları müzakirə ediblər. Azərbaycanın yaşıl nəqliyyat prinsiplərinə, karbon izinin azaldılmasına və enerji səmərəli həllərin tətbiqinə sadiqliyi vurğulanıb”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti