Bakıda bir sıra avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Cəmiyyət Xəbər 19 Sentyabr 2026 11:36 (UTC +04:00)
Bakıda bir sıra avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda aparılan yol-təmir işləri ilə əlaqədar bir sıra avtobus marşrutlarının hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Bu barədə “BakuBus” MMC-dən məlumat verilib.

Bildirilib ki, Koroğlu parkının ətrafında aparılan təmir işləri səbəbindən 3, 17, 20, 33 və 88 nömrəli marşrut xətləri Ənvər Qasımzadə küçəsindən sola – Mirəli Qaşqay küçəsinə dönərək, daha sonra mövcud hərəkət sxemləri üzrə fəaliyyətlərini davam etdirirlər.

Bundan başqa, 20 nömrəli marşrut xəttinin hərəkət etdiyi Səməd Cəfərov küçəsində, Fatimeyi-Zəhra məscidinin qarşısında da yol-təmir işləri aparılır.

Bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti Surxay Nəcəfov küçəsi ilə təşkil edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti