Beyləqanda 39 yaşlı kişi kanalda boğularaq ölüb

Hadisə Xəbər 19 Sentyabr 2026 11:04 (UTC +04:00)
Beyləqanda 39 yaşlı kişi kanalda boğularaq ölüb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Beyləqan. Trend:

Beyləqan rayonunda ölüm hadisəsi qeydə alınıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Xan Qızı kanalının rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Təzəkənd kənd sakini, 1987-ci il təvəllüdlü Kərimov Orxan Sərdar oğlu kanalda boğularaq vəfat edib. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, O.Kərimov epilepsiya xəstəliyindən əziyyət çəkib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti