Ötən gün 83 cinayətin üstü açılıb

Hadisə Xəbər 19 Sentyabr 2026 10:18 (UTC +04:00)
Ötən gün 83 cinayətin üstü açılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 18-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 159, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti