Formula 1 ilə əlaqədar Bakıda bəzi parklanma məntəqələri fəaliyyətini dayandıracaq

Cəmiyyət Xəbər 19 Sentyabr 2026 21:18 (UTC +04:00)
Formula 1 ilə əlaqədar Bakıda bəzi parklanma məntəqələri fəaliyyətini dayandıracaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçiriləcək “Formula 1 Azərbaycan Qran-Prisi 2026” ilə əlaqədar şəhərin mərkəzi küçələrində yerləşən bəzi parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, məhdudiyyət sentyabrın 20-dən 29-dək qüvvədə olacaq.

AYNA sürücülərə müraciət edərək nəqliyyat vasitələrini park edərkən ərazilərdə quraşdırılmış parklanma nişanlarına diqqət yetirməyə çağırıb.

Sürücülərdən məhdudiyyət tətbiq olunan ərazilərdə nəqliyyat vasitələrini saxlamamaları xahiş olunur.

Xəbər lenti

Xəbər lenti