Tramp “süni intellekt” termininin “üstün intellekt” ilə əvəzlənməsini təklif edib

Dünya xəbərləri Xəbər 20 Sentyabr 2026 02:10 (UTC +04:00)
Tramp “süni intellekt” termininin “üstün intellekt” ilə əvəzlənməsini təklif edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində süni intellekt üçün yeni adın seçilməsi ilə bağlı sorğu keçirərək “süni” sözünün qeyri-dəqiq və uğursuz səsləndiyini bildirib.

O, “süni intellekt” (Artificial Intelligence) termininə alternativ adların nəzərdən keçirilməsini təklif edib.

ABŞ lideri alternativ olaraq üç variant irəli sürüb: “üstün intellekt” (Superior Intelligence — SI), “ekstremal intellekt” (Extreme Intelligence — EI) və ya “ali intellekt” (Supreme Intelligence — SI).

“Bir çoxları hesab edir ki, “süni intellekt” sözləri qeyri-dəqiqdir və süni intellektə, yaxud Artificial Intelligence-a münasibətdə kifayət qədər uğursuz səslənir. Bu yeni hadisənin daha zərif və dəqiq təsviri “Üstün İntellekt” (Superior Intelligence, SI), “Ekstremal İntellekt” (Extreme Intelligence, EI) və ya “Ali İntellekt” (Supreme Intelligence, SI) ola bilərdi. Bu, sorğudur və hər kəsin iştirak etməsinə görə minnətdar olacağam! Daim inkişaf edən bu “inqilab” üçün hansı ad daha uyğundur?”, - deyə Tramp Truth Social sosial şəbəkəsindəki paylaşımında bildirib.

Xəbər lenti

Xəbər lenti