Bakı. Trend:
Kanada və Fransa kosmik infrastrukturun, o cümlədən buraxılış sistemləri və yerüstü məlumatqəbuledici qurğuların birgə inkişaf etdirilməsi və istifadəsi barədə razılığa gəliblər.
Bu barədə Kanadanın Baş naziri Mark Karni Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra bildirib.
Onun sözlərinə görə, hər iki ölkənin kosmik və müdafiə nazirliklərinə ortaq infrastrukturun yaradılması və birgə istifadəsinin təmin edilməsi tapşırılıb.
Tərəflər, həmçinin peyk məlumatlarının qəbulu üçün infrastrukturun yaradılması istiqamətində əməkdaşlıq etməyi planlaşdırırlar.