Tramp İranla razılaşmanın aralıq seçkilərədək əldə oluna biləcəyini bildirib

Dünya xəbərləri Xəbər 23 Sentyabr 2026 01:43 (UTC +04:00)
Tramp İranla razılaşmanın aralıq seçkilərədək əldə oluna biləcəyini bildirib

Bakı. Trend:

ABŞ və İran noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərinə qədər razılaşma əldə edə bilərlər.

Bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının (BA) 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda Körfəz ölkələrinin nümayəndələri ilə görüşündə bildirib.

“Düşünürəm ki, İranla bağlı vəziyyət aralıq seçkilərdən dərhal sonra, bəlkə də daha əvvəl başa çatacaq, bilmirəm”, - deyə Tramp bildirib. “Ya biz razılaşma əldə edəcəyik, ya da bütün bunlar çox tez başa çatacaq. Elə tez ki, başınız gicəllənəcək”, - deyə o əlavə edib.

“Etdiklərimizin böyük hissəsi, 99 faizi İranın nüvə silahına sahib olmaması üçün edilib. Bu [nüvə] obyektləri partladılıb. Ola bilsin ki, daha bir obyektə – Kirka dağı yaxınlığındakı obyektə zərbə endirməli olaq”, - deyə Tramp vurğulayıb.

ABŞ-da Kirka dağı adı ilə Kolanq-Qaz-La massivi nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti