Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN

Siyasət Xəbər 22 Sentyabr 2026 18:12 (UTC +04:00)
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.

Bu barədə Xarici İşlər Nazirliyinin Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nə dair bəyanatında bildirilib.

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır", - deyə bəyanatda qeyd edilib.

Xatırladaq ki, sentyabrın 18-də Cənubi Osetiyada qondarma “prezident seçkiləri” keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti