Bolqarıstan yeddi ay ərzində Azərbaycandan 200 milyon dollardan çox dəyərdə qaz idxal edib

İqtisadiyyat Xəbər 22 Sentyabr 2026 17:28 (UTC +04:00)
Bolqarıstan yeddi ay ərzində Azərbaycandan 200 milyon dollardan çox dəyərdə qaz idxal edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Bolqarıstan yeddi ay ərzində Azərbaycandan 200 milyon dollardan çox dəyərdə qaz idxal edib.

Dövlət Statistika Komitəsinin dərc etdiyi “Azərbaycanın xarici ticarət əlaqələri (2026-cı ilin yanvar-iyul ayları)” hesabatına əsasən, bu dövrdə Azərbaycandan Bolqarıstana 746,9 milyon kubmetr həcmində təbii qaz (qaz halında) ixrac olunub. İxracın dəyəri 230,1 milyon dollar təşkil edib.

Trend-in komitənin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə Bolqarıstana qaz ixracı dəyər ifadəsində 162 milyon dollar və ya 41,3 faiz, həcm baxımından isə 302,1 milyon kubmetr və ya 28,8 faiz azalıb. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Bolqarıstana 1,049 milyard kubmetr qaz ixrac edilib və onun dəyəri 392,1 milyon dollar olub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2021-2025-ci illərdə Azərbaycandan Bolqarıstana təbii qaz ixracının həcmi aşağıdakı kimi dəyişib:

İl

İxrac həcmi

İxrac dəyəri

2021

232,4 mln.kub.m

40,7 mln. ABŞ dolları

2022

366,7 mln.kub.m

237,8 mln. ABŞ dolları

2023

1,275 mlrd.kub.m

470,3 mln. ABŞ dolları

2024

1,896 mlrd.kub.m

618,7 mln. ABŞ dolları

2025

1,931 mlrd.kub.m

688,8 mln. ABŞ dolları

Agentliyin hazırladığı cədvəldən göründüyü kimi, nəzərdən keçirilən dövrdə Azərbaycandan Bolqarıstana qaz ixracının həcmi dayanıqlı artım nümayiş etdirib: 2021-ci ildəki 232,4 milyon kubmetrdən 2025-ci ildə 1,931 milyard kubmetrədək yüksəlib.

Ən nəzərəçarpan artım 2023-cü ildə qeydə alınıb. Belə ki, həmin il qaz tədarükü əvvəlki ildəki 366,7 milyon kubmetrdən 1,275 milyard kubmetrədək artıb. 2024-cü ildə ixrac daha 48,7 faiz artaraq 1,896 milyard kubmetr təşkil edib, 2025-ci ildə isə daha 1,8 faiz artaraq nəzərdən keçirilən dövr üzrə maksimum səviyyəyə çatıb.

İxracın dəyəri də ardıcıl olaraq artıb – 2021-ci ildəki 40,7 milyon dollardan 2025-ci ildə 688,8 milyon dollaradək yüksəlib. Beləliklə, beş il ərzində ixracın dəyəri 16 dəfədən çox artıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti