Yunanıstan Azərbaycandan təbii qaz idxalını 16 faiz artırıb

İqtisadiyyat Xəbər 22 Sentyabr 2026 18:43 (UTC +04:00)
Yunanıstan Azərbaycandan təbii qaz idxalını 16 faiz artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Yunanıstan Azərbaycandan təbii qaz idxalını təxminən 16 faiz artırıb.

Dövlət Statistika Komitəsinin açıqladığı “Azərbaycanın xarici ticarət əlaqələri (2026-cı ilin yanvar-iyul ayları)” hesabatına əsasən, cari ilin yanvar-iyul aylarında Azərbaycandan Yunanıstana 603,9 milyon kubmetr həcmində təbii qaz (qaz halında) ixrac olunub. İxracın dəyəri 321,6 milyon ABŞ dolları təşkil edib.

Trend-in Komitənin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan sözügedən ölkəyə təbii qaz (qaz halında) ixracı dəyər ifadəsində 43,5 milyon ABŞ dolları və ya 15,6 faiz, həcm ifadəsində isə 83,4 milyon kubmetr və ya 16 faiz artıb.

Qurumun məlumatına görə, ötən ilin yanvar-iyul aylarında Azərbaycandan Yunanıstana 520,5 milyon kubmetr həcmində təbii qaz (qaz halında) ixrac edilib. İxracın dəyəri 278,1 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-2025-ci illərdə Azərbaycandan Yunanıstana təbii qaz ixracının həcmi aşağıdakı kimi dəyişib:

İl

İxrac həcmi

İxrac dəyəri

2024

927,1 mln.kub.m

397,6 mln. ABŞ dolları

2025

910,5 mln.kub.m

461,2 mln. ABŞ dolları

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycandan Yunanıstana təbii qaz ixracının həcmi 2024-cü illə müqayisədə 927,1 milyon kubmetrdən 910,5 milyon kubmetrədək, yəni təxminən 1,8 faiz azalıb. Bununla yanaşı, ixracın dəyəri əksinə, 397,6 milyon ABŞ dollarından 461,2 milyon ABŞ dollarınadək, yəni təxminən 16 faiz artıb.

Beləliklə, 2025-ci ildə Azərbaycandan Yunanıstana təbii qaz ixracının fiziki həcmi cüzi azalsa da, onun dəyəri əhəmiyyətli dərəcədə artıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti