Azərbaycan yeddi ay ərzində İtaliyaya 2,4 milyard dollarlıq qaz ixrac edib

İqtisadiyyat Xəbər 22 Sentyabr 2026 17:43 (UTC +04:00)
Azərbaycan yeddi ay ərzində İtaliyaya 2,4 milyard dollarlıq qaz ixrac edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan yeddi ay ərzində İtaliyaya 2,4 milyard dollara yaxın qaz ixrac edib.

Dövlət Statistika Komitəsinin dərc etdiyi “Azərbaycanın xarici ticarət əlaqələri (2026-cı ilin yanvar-iyul ayları)” hesabatına əsasən, bu dövrdə Azərbaycandan İtaliyaya 4,898 milyard kubmetr həcmində təbii qaz (qaz halında) ixrac olunub. İxracın dəyəri 2,379 milyard dollar təşkil edib.

Trend-in komitənin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə İtaliyaya qaz ixracı dəyər ifadəsində 365 milyon dollar və ya 13,3 faiz, həcm ifadəsində isə 536 milyon kubmetr və ya 9,9 faiz azalıb. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan İtaliyaya 2,744 milyard dollar dəyərində 5,434 milyard kubmetr qaz ixrac edilib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ildə Azərbaycandan İtaliyaya təbii qaz ixracı fiziki ifadədə 2024-cü illə müqayisədə cüzi azalıb. Belə ki, ixracın həcmi 9,798 milyard kubmetrdən 9,604 milyard kubmetrədək, yəni təxminən 2 faiz azalıb. Bununla yanaşı, ixracın dəyəri əksinə, 4,053 milyard dollardan 4,565 milyard dollaradək, yəni təxminən 12,6 faiz artıb.

Beləliklə, 2025-ci ildə Azərbaycandan İtaliyaya qaz ixracının fiziki həcmi cüzi azalsa da, onun dəyəri əhəmiyyətli dərəcədə artıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti