Bakı. Trend:
Reyslərin ləğv olunması səbəbindən İranda qalan Azərbaycan vətəndaşlarının quru yolla ölkəyə qayıtmasına şərait yaradılacaq.
Bu barədə Azərbaycanın İrandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycana qayıtmaq üçün aviabilet əldə etmiş, lakin reyslərin ləğv olunması səbəbindən ölkəyə qayıda bilməyən Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycanla İran arasında fəaliyyət göstərən quru yol sərhəd-keçid məntəqələri vasitəsilə qayıdışına köməklik göstəriləcək və onların ölkəyə qayıdışı təmin ediləcək. Bu məqsədlə vətəndaşlardan Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri xahiş olunur.
"İran aviaşirkətlərindən Azərbaycana bilet alan Azərbaycan Respublikası vətəndaşlarının biletlərinin qaytarılması üçün həmin aviaşirkətlərin satış məntəqələrinə müraciət etmələri tövsiyə olunur.
Əlavə məlumat və dəstək üçün:
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin qaynar xətt nömrələri:
+989018845531
+989055230107
+982122596303
Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun qaynar xətt nömrələri:
+989144721410
+984133334802"