ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır - Tramp

Dünya xəbərləri Xəbər 23 Sentyabr 2026 00:22 (UTC +04:00)
ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp administrasiyanın Rusiya və İranın neft-qaz ixracına qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanunun tətbiqi imkanlarını araşdırdığını bildirib.

Tramp bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Biz, şübhəsiz ki, bunu araşdırırıq. Bu, çox sərt qanun layihəsidir”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp, həmçinin Çin Sədri Si Cinpinlə görüşündə Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar məsələsini müzakirə edə biləcəyini söyləyib.

Qeyd edək ki, sentyabrın 18-də Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. Sənəddə Rusiyanın ticarət tərəfdaşlarına, o cümlədən Rusiya neft və qazının əsas alıcılarına qarşı 100 faizə qədər tariflərin tətbiqi imkanları nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti