Bakı. Trend:
ABŞ hərbi təyyarələri və gəmiləri yeni təhlükəsizlik sazişinə görə Qrenlandiyanın hava məkanına və ərazi sularına sərbəst giriş əldə edəcək.
Ağ Ev tərəfindən açıqlanan sazişə əsasən, ABŞ hərbi qüvvələri, gəmiləri və təyyarələri Qrenlandiyanın ərazi suları, quru və hava məkanı da daxil olmaqla, müdafiə obyektlərinə maneəsiz giriş və onlar arasında hərəkət etmək hüququna malik olacaq.
Sənəddə ABŞ təyyarələrinin Qrenlandiyanın istənilən hissəsi üzərindən uçmasına və oraya enməsinə, hərbi gəmilərin isə razılaşdırılmış hallar istisna olmaqla, ərazi sularında məhdudiyyətsiz hərəkət etməsinə imkan verildiyi bildirilir.
Saziş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen tərəfindən imzalanıb.