Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclası keçiriləcək (FOTO)

İqtisadiyyat Press-reliz 23 Sentyabr 2026 10:08 (UTC +04:00)
Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclası keçiriləcək (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, iqtisadiyyat nazirinin müavini Anar Axundov ölkəmizdə səfərdə olan Çex Respublikasının xarici işlər nazirinin müavini Mari Şatardova ilə görüşüb.

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Çex Respublikası ilə iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Görüşdə enerji, nəqliyyat, əczaçılıq, texnologiya transferi və digər sahələrdə əməkdaşlıq üçün geniş potensial qeyd edilib. Azərbaycan və Çexiya arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Həmçinin, iki ölkə arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycanla Çex Respublikası arasında ticarət dövriyyəsinin həcmi 756,604 milyon ABŞ dolları təşkil edib.

Trend-in komitənin məlumatları əsasında hesablamasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,9 milyon ABŞ dolları və ya 7,7% çoxdur.

Dövr ərzində Azərbaycandan Çexiyaya 712,8 milyon ABŞ dolları dəyərində 1,060 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən məhsulların dəyəri 59,4 milyon ABŞ dolları və ya 9,1% artıb, həcmi isə 157,8 min ton və ya 13% azalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti