Bakı. Trend:
Bakı metropolitenində 9 yeni stansiyanın və tunellərinin tikintisinə 2027-ci ildə başlanacaq.
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda hazırlıq işləri aparılır. Sənədləşmə və digər işlərin bu il yekunlaşdırılması nəzərdə tutulur.
Bəxtiyar Məmmədov qeyd edib ki, gələn il bütün 9 stansiyanın tikintisinə eyni vaxtda başlanacaq. Plana əsasən, stansiyalar 2030-cu ilin sonunadək istifadəyə veriləcək.
Xəbər yenilənəcək
