ABŞ hərbçiləri Estoniyada qalacaq - XİN rəhbəri

Dünya xəbərləri Xəbər 23 Sentyabr 2026 10:55 (UTC +04:00)
ABŞ hərbçiləri Estoniyada qalacaq - XİN rəhbəri
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ yaxın vaxtlarda Estoniyaya yeni hərbi kontingent göndərməyi planlaşdırır.

Bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Nyu-Yorkda Estoniyanın "ERR" teleradio yayım şirkətinə bildirib.

“ABŞ bizə bildirdi ki, qoşunların rotasiyasına yenidən baxılması nəticəsində Amerika hərbçiləri Estoniyada qalacaq. Beləliklə, yaxın gələcəkdə yeni rotasiya baş tutacaq və bu, çox müsbət xəbərdir”, - deyə o, Nyu-Yorkda Estoniyanın ERR tele-radio yayım şirkətinə bildirib.

Tsahkna Vaşinqtonun yayın əvvəlində Estoniyada yerləşdirilmiş ABŞ bölmələrinin çıxarılmasına baxmayaraq, Tallinə vəziyyətə təmkinlə yanaşmağın vacibliyini çatdırdığını qeyd edib.

“ABŞ hərbçilərinin Baltikyanı ölkələrdə və Polşada sonrakı yerləşdirilməsinin sabitliyin və sülhün təmin olunması, eləcə də çəkindirici amil kimi nə üçün son dərəcə zəruri olduğuna dair bir sıra arqumentlər təqdim etdik”, - XİN rəhbəri deyib.

Onun sözlərinə görə, Estoniya zərurət yaranacağı təqdirdə müttəfiq qüvvələrin ölkədə saxlanılması ilə bağlı xərcləri qarşılayacağına söz verib.

Tsahkna ABŞ kontingentinin rotasiyasının yaxın gələcəkdə həyata keçiriləcəyini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti