Bakı. Trend:
Sentyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən transformator məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov və Zahid Xəlilov küçələri, Hüseyn Cavid prospekti, həmçinin Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.