Bakı.Trend:
Suriya Prezidenti Əhməd əş-Şaraa Ağ Ev rəhbəri Donald Trampla danışıqları zamanı zarafatla ona ABŞ-nin Nyu-Cersi ştatını İsrailə verməyi təklif edib.
ABŞ KİV-nin yazdığına görə, bu barədə Suriya liderinin özü məlumat verib.
Əş-Şaraanın sözlərinə görə, o, Vaşinqtona səfəri zamanı İsrailin işğal etdiyi Colan yüksəklikləri ilə bağlı məsələni ABŞ Prezidenti ilə müzakirə edərkən belə bir təkliflə çıxış edib.
“Onunla (Trampla – red.) tamamilə unikal münasibətlərimiz formalaşıb. ... Ağ Evə yanına getdiyim zaman zarafat etdim. ... O, Colan yüksəkliklərinin İsrailin suverenliyi altında olduğunu deyirdi. Mən soruşdum: “O zaman nə üçün israillilərə Nyu-Cersini vermirsiniz? Colan yüksəklikləri sizə məxsus deyil ki, onları kiməsə verəsiniz, Nyu-Cersi isə sizindir”, - deyə əş-Şaraa Nyu-Yorkda Atlantik Şurasının təşkil etdiyi tədbirdə bildirib.
Bununla yanaşı, o, bu zarafatdan asılı olmayaraq, Colan yüksəkliklərinin Suriyaya məxsus olduğunu vurğulayıb.
