Ankaranın meri Mansur Yavaş CHP-dən istefa verdi

Dünya xəbərləri Xəbər 23 Sentyabr 2026 14:44 (UTC +04:00)
Ankaranın meri Mansur Yavaş CHP-dən istefa verdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri (Ankaranın meri –red) Mansur Yavaş Cumhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini elan edib.

Bu barədə Türkiyə KİV-də məlumat yayılıb.

“Cümhuriyyət Xalq Partiyasına üzvlüyümə xitam verir, siyasi yolumu müstəqil şəkildə davam etdirdiyimi ictimaiyyətin diqqətinə çatdırıram”,deyə o bildirib.

Qeyd edək ki, Mansur Yavaş 1955-ci ildə Ankaranın Beypazarı rayonunda anadan olub, hüquqşünas və siyasətçidir; 2019-cu ildən isə Ankara Böyükşəhər Bələdiyyəsinin sədridir. 2024-cü ildə CHP-nin namizədi kimi ikinci dəfə Ankara Böyükşəhər Bələdiyyəsinin sədri seçilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti