Bakı.Trend:
Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi çərçivəsində Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında strateji əməkdaşlıq haqqında Çərçivə Sazişinin ratifikasiyası barədə qanun layihəsinin Milli Assambleyada müzakirəsi zamanı hökumətin nümayəndəsi təyin edilib.
Ermənistan KİV-nin məlumatına görə, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan qərar verib.
Bundan əlavə, Ararat Mirzoyan Ermənistan parlamentində “Sülh Şurasının Nizamnaməsinin ratifikasiyası haqqında” qanun layihəsinin müzakirəsi zamanı da hökumətin nümayəndəsi təyin edilib.
Xatırladaq ki, iyunun 4-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” layihəsi üzrə strateji əməkdaşlıq haqqında Çərçivə Sazişi imzalayıblar.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar.
