Bakı.Trend:
Fransa Avropa məsələləri üzrə naziri Bencamin Addadın sözlərinə görə, Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi çərçivəsində ölkə ərazisində Avropa qoşunları yerləşdirilə bilər.
O, bu barədə “RBK-Ukrayna”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqının (Aİ) müdafiəsinin ilk xəttinə çevrilib. Bundan əlavə, o, Moskva ilə Kiyev arasında uzunmüddətli sülhün əldə olunmasına şübhə ilə yanaşır.
“Buna görə də biz uzunmüddətli perspektivdə təhlükəsizlik zəmanətlərini təmin etməli, Ukrayna ordusuna dəstək verməliyik. Ola bilsin ki, Ukrayna ərazisində Avropa qoşunları yerləşdirilsin. Çünki bilirik ki, Avropanın uzunmüddətli təhlükəsizliyi məsələsi məhz burada və gələcəkdə də həll olunacaq”, - deyə Addad bildirib.
Siyasətçi vurğulayıb ki, Ukrayna artıq Avropanın təhlükəsizliyinin mərkəzindədir və uzunmüddətli perspektivdə də burada qalacaq.
