Polşaya Rusiya helikopteri daxil olub

Dünya xəbərləri Xəbər 23 Sentyabr 2026 17:50 (UTC +04:00)
Polşaya Rusiya helikopteri daxil olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya Silahlı Qüvvələrinə məxsus "Mi-8" hərbi helikopteri Kalininqrad vilayəti istiqamətindən qısa müddətə Polşanın hava məkanına daxil olub.

Bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı məlumat yayıb.

Polşa tərəfinin məlumatına görə, helikopter ölkənin hava məkanında təxminən 42 saniyə qalıb və sərhəddən təxminən 300 metr dərinliyə irəliləyib.

Buna cavab olaraq Polşa qırıcı təyyarələri havaya qaldırıb, həmçinin quru qoşunlarının bölmələrini döyüş hazırlığı vəziyyətinə gətirib. Polşa komandanlığı insidentin xarakterinin ölkənin hava hücumundan müdafiə sisteminin hazırlıq səviyyəsinin yoxlanılmasına işarə edə biləcəyini bildirib.

Polşa hərbçiləri vəziyyətin nəzarət altında olduğunu və əhali üçün təhlükə yaratmadığını bildiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti