“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi

Siyasət Xəbər 23 Sentyabr 2026 15:46 (UTC +04:00)
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” MMC yaradılıb.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənədin mətni Nazirlər Kabinetinin rəsmi internet saytında dərc olunub.

Qərara əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi yolu ilə yenidən təşkil edilir.

Cəmiyyətin işçilərinin say həddi 230 ştat vahidi müəyyən edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti