Su polisi brakonyerlik edən şəxsi saxlayıb

Cəmiyyət Xəbər 23 Sentyabr 2026 16:28 (UTC +04:00)
Su polisi brakonyerlik edən şəxsi saxlayıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Su polisi brakonyerlik edən şəxsi saxlayıb.

Trend-in məlumatına görə, Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovu ilə məşğul olan A. Şirinov saxlanılıb.

Həmin şəxsdən müxtəlif növ qadağan olunmuş ov alətləri, eləcə də qanunsuz ovlanmış balıqlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun və digər ekoloji hüquqpozmaların qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti