“Real” Bellingemin maaşını artırmağa hazırlaşır

İdman Xəbər 24 Sentyabr 2026 04:15 (UTC +04:00)
“Real” Bellingemin maaşını artırmağa hazırlaşır

Bakı. Trend:

Madrid “Real”ı futbolçusu Cud Bellingemin müqaviləsinin müddətini uzatmaq üzərində işləyir.

Jurnalist Matteo Moretto “Radio Marca”nın efirində yeni müqavilənin 2030 və ya 2031-ci ilə qədər nəzərdə tutula biləcəyini bildirib. 23 yaşlı ingiltərəli futbolçunun Madrid klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır.

Qeyd olunur ki, müqavilənin uzadılmasında məqsəd klubun əsas ulduzlarından biri üçün şərtlərin yenilənməsidir. Bellingem hazırda mövsümə 20,8 milyon avro qazanır. “Real”ın hücumçusu Vinisius Juniorun mövsümlük əməkhaqqı 31,2 milyon avro təşkil edir. Madrid təmsilçisinin digər forvardı Kilian Mbappe də eyni məbləğdə maaş alır. Yeni müqaviləyə əsasən, Bellingemin maaşı bu rəqəmlərə yaxınlaşa bilər.

Bellingem “Real”a 2023-cü ilin yayında keçib. 23 yaşlı yarımmüdafiəçi cari mövsümdə 8 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti