Qazaxda açıq ərazidə yanğın olub (VİDEO)

Hadisə Xəbər 23 Sentyabr 2026 21:16 (UTC +04:00)
Qazaxda açıq ərazidə yanğın olub (VİDEO)

Bakı. Trend:

Qazax rayonunun Aslanbəyli kəndində açıq ərazidə yanğın baş verib.

FHN-in Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə 1 hektar sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti